Gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili SOCAR-ın prezidentiRövnəq Abdullayevi qəbul edib.
PressNews.Az Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, görüşdə cari investisiya layihələri və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Görüşdə qeyd olunub ki, SOCAR
Gürcüstanın ən iri investorlarından biridir.
Görüşdə SOCAR-ın Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədovvə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn də iştirak edib.