"Son həftə rublun dollara nisbətdə yerini möhkəmləndirmə sürəti Qərb iqtisadçılarını şoka salıb." ANS PRESS-in məlumatına görə, bunu "Washington Post"un iqtisadiyyat üzrə şərhçisi Mett O'Brayen deyib. O bildirib ki, rubl 2015-ci ildə dollarla müqayisədə ən yaxşı valyutadır: "Bu, hamını çox təəccübləndirəcək, amma bu il ən yaxşı vəziyyətdə Rusiya rubludur, hansı ki, 2014-cü ildə dollarla müqayisədə güclü düşüş yaşayırdı. Bəs, indi nə baş verir? Son iki ay ərzində rubl ağlasığmaz dərəcədə - 34 faiz möhkəmlənib. Bu ilin əvvəlini saymasaq, onda 11 faiz dirçəlişə nail olub." Jurnalist sonda yazıb ki, həqiqətən, bu, ABŞ prezidenti Barak Obamanın 2015-ci ilin yanvarında Zəfər Bəyanatında səsləndirdiyi "Rusiya iqtisadiyyatı parça kimi cırılır" fikri ilə kəskin ziddiyyət təşkil edir.