PRESS NEWS AZERBAIJAN

Bankir qadın işdən sonra fahişəlik edirmiş

20.04.2015

Konçita ləqəbi ilə.

 

Niderlandın Mərkəzi Bankı yerli mətbuatda barəsində işi ilə yanaşı müntəzəm olaraq, fahişəlik etdiyi barədə yazılar gedən yüksək vəzifəli əməkdaşını işdən qovub.

 

PressNews.Az xəbər verir ki, bu barədə Niderlandın Quote portalı yazıb, lakin işdən çıxarılan əməkdaşın adı qeyd olunmur.

 

Qadın özü məsələ ilə bağlı şərh verməyib.

 

Niderland Mərkəzi Bankının 46 yaşlı top-meneceri 6 il ərzində Konçita van der Vaal ləqəbi ilə intim xidmətlər təklif edib və əsasən sadomazoxizmdə ixtisaslaşıb. O, öz xidmətlərinə görə saatda 450 avro pul alırmış.

 

Qadın özü barəsində yerləşdirdiyi materialda “hobbisindən zövq aldığını”, “tanımadığı kişilərlə kobud seksi xoşladığını” yazıb.

 

Niderland Mərkəzi Bankında səkkiz il çalışan qadın maliyyə xidmətləri sahəsində tənzimləmə ilə məşğul olurmuş.

 

Onun Mərkəzi Bankadək ABN Amro və ING Bank kimi banklarda çalışdığı güman olunur.

Niderlanda fahişəlik qanunla icazəlidir, lakin İrish Times yazır ki, işdən çıxarılan bank işçisi fahişə kimi qeydiyyatdan keçməyibmiş. Mərkəzi Bank əməkdaşlarına isə idarənin nüfuzuna xələl gətirəcək işlə məşğul olmaq qadağandır.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload