Səudiyyə bombardmanı zamanı Yəməndə misli görünməmiş partlayış baş verib

Səudiyyə Ərəbistanın hərbi təyyarələri Sənanın qərbində yerləşən Fəcc-Əttan bölgəsində ölkə ordusunun silah anbarını vurub, partlayış güclü olduğundan qəsəbədəki evlərə ciddi ziyanlar dəyib.
Pressnews.az "al-Mayadeen"-ə istinadla verdiyi xəbərə görə, bölgədəki xəstəxanaya 12 meyit gətirilib. Burada 70 yaralının olduğu bildirilir. Ölənlərin arasında bir jurnalist var.
Hava zərbəsi sonrasında baş verən partlayış və onun dalğası nəticəsində qəsəbədə evlərin və insanların üzərinə daşlar-kəsək tökülüb. Bu da ölənlərin və yaralananların sayının artması ilə nəticələnib.