Rusiya Ankara və İrəvan arasında münasibətlərin normallaşmasına imkan yaradacaq. ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O, "Sputnik" radiostansiyasına müsahibəsində deyib: "Moskva ona imkan yaradacaq ki, Türkiyə və Ermənistan arasında əməkdaşlığın inkişafı haqqında imzalanan bütün sənədlər icra olunsun. Biz çalışırıq ki, erməni-türk münasibətləri normallaşsın və nəticədə Dağlıq Qarabağ münaqişəsi həllini tapsın. Bununla, həm də Ermənistan-Azərbaycan əlaqələri normallaşacaq. Biz bunun üçün əlimizdən gələni edirik." Onun sözlərinə görə, Rusiya bir neçə il əvvəl Ankaranın və İrəvanın təşəbbüsünü - sərhədlərin açılması haqqında sənədlərin imzalanmasını və əməkdaşlığın inkişafı prosesini dəstəklədi. Təəssüf ki, sənədlər imzalandı, amma icra mərhələsində dayandı. Türkiyə parlamenti sənədi ratifikasiya etmədi. Amma biz fəal çalışacağıq ki, bu, baş tutsun."