Ukrayna 2014-cü ildə 19,9 milyard kubmetr qaz alıb, bu, ölkə tarixində ən aşağı göstəricidir.
PressNews.Az APA TV-nin məlumatına istinadən xəbər verir ki, alınan qazın 25,6 faizi Avropa Birliyi ölkələrindən idxal olunan revers qazın payına düşür. 2015-ci ilin ilk üç ayında da Rusiyadan idxal olunan qazın həcmində azalma müşahidə olunur. İlk rübdə Ukraynanın xaricdən idxal etdiyi qazın 37,1 faizi “Qazprom”un, 62,9 faizi isə Avropa Birliyinin payına düşüb. Yanvar-mart aylarında Ukrayna Avropada 3,6 milyard kubmetr, Rusiyadan isə 2,15 milyard kubmetr qaz idxal edib.
Avropanın əsas qaz şirkətləri olan E. ON, RWE, Statoil, Gaz de France Suez Ukraynaya qaz ixracını davam etdirirlər. Son 12 ay ərzində ilk dəfə olaraq revers qazın qiyməti “Qazprom” qazının qiymətindən aşağı olub. “Naftoqaz Ukrayna” şirkəti dünyanın ən böyük energetika şirkətlərindən olan Royal Dutch Shell ilə Ukraynaya qaz idxalı ilə bağlı müqavilə imzalayıb.