PRESS NEWS AZERBAIJAN

Beynəlxalq treninqə Xalça muzeyindən start verildi

23.04.2015

 

 

Azərbaycanda “Müasir muzey menecmentliyi üzrə beynəlxalq treninq” başlayıb.  Muzey işçiləri üçün təşkil olunan treninqin məqsədi Azərbaycanda muzey menecmentliyinin müasir mədəniyyətini  formalaşdırmaqdır.

Treninq çərçivəsində İngiltərədən dəvət olunan muzey mütəxəssisləri  azərbaycanlı muzey işçiləri ilə  muzey marketinqinin təcrübəsini bölüşəcək.

Treninqin ilk günündə əcnəbilərin hədsiz marağını toplayan Xalça Muzeyində yığılan qonaqları muzeyin direktoru Röya Tağıyeva salamladı . Bildirdi ki, bu cür təcrübə mübadiləsi yeni inkişaf dövrü keçən, müasir standartlara uyğunlaşdırılan Azərbaycan muzeyləri üçün vacib addımdır. 

Böyük Britaniyanın British Council təşkilatının Bakıdakı nümayəndəliyinin direktoru Elizabet Vayt da onlara yaradılan imkanlara görə muzey rəhbərliyinə  təşəkkürünü bildirdi. Xalça muzeyinin onlara qucaq açmasından məmnunluq ifadə etdi.  Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq isə bu cür tədbirlərin iki ölkə arasındakı əməkdaşlığa xüsusi töhfə verdiyini bəyan edərək yüksək səviyyəli treninqlərdən məmnun qaldığını bildirib.

Sonda qonaqlar Azərbaycan Xalça Muzeyinin sərgilədiyi eksponatlarla tanış olublar. Ekskursiya müddətində heyrətini gizlətməyən əcnəbilər  xalqımızın milli irsinin dərin köklərinin olduğunu qeyd ediblər.

Qeyd edək ki, beynəlxalq treninq  Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi və Britaniya Şurasının əməkdaşlığı çərçivəsində keçirilir.

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR