PRESS NEWS AZERBAIJAN

Londonda 300 milyon dollarlıq oğurluq hadisəsi törədilib - FOTO - VİDEO

23.04.2015

 

Skotland-Yard Pasxa bayramı günlərində Londonun Hatton-Qarder zərgərlik məhəlləsinin cinayətkarlar tərəfindən qarətinin əks olunduğu fotoları yayıb.

 

PressNews.Az-ın "Maxpark.com"a istinadla verdiyi xəbərə görə, iş həftəsinin sonunda, bütün mağazalar dördgünlük bağlandıqda, qarətçilər dəstəsi binanın ikinci mərtəbəsindən lift şaxtasından ikimetrlik divarlarla əhatə olunmuş zirzəmiyə daxil olublar.

 

Cinayətkarlar içəriyə daxil olmaq üçün xüsusi qazma qurğusundan istifadə ediblər. Bu qurğunun köməyi ilə dəmir betondan ibarət 50 santimetrlik divarda 45 santimetr enində və 25 santimetr hündürlüyündə dəlik açıblar. Bütün əməliyyat üçün soyğunçulara bir neçə gün tələb olunub.

 

Oğurlanan qiymətli daşlar və zərgərlik məmulatlarından dəyən ümumi zərər 300 milyon dollar dəyərində hesablanır.

 

Hazırda qiymətli əşyalarını seyflərdə saxlayan zərərçəkənlərin şəxsiyyəti təyin edilir.

Bir çoxları seyflərin etibarlı olduğuna inandıqlarını və buna görə də onlarda saxladıqları qiymətli əşyaları sığortalamadıqlarını bildiriblər.

 

Müstəntiqlər cinayət yerində çoxlu toz və açılmış seyflər, o cümlədən saxlama kameraları aşkarlayıblar.

 

Bundan başqa, barmaq izləri və cinayətkarların DNK nümunələri də daxil olmaqla, təxminən 400 maddi sübut toplamaq mümkün olub.

 

Polis cinayətdə 2013-cü ildə Berlinin "Volksbank" bankını qarət etmiş şəxslərin əli olduğundan şübhələnir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR