PRESS NEWS AZERBAIJAN

Türkiyədə İbad Hüseynovun adına küçə verildi

24.04.2015

 

Türkiyənin paytaxtı Ankara şəhərindəki küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib.

Pressnews.az-ın məlumatına görə, bu barədə Yeni Türkiyə Strateji Araşdırmalar mərkəzindən məlumat verilib. Məlumatda bildirilib ki, İbad Hüseynovun adının küçəyə verilməsi mərasimi 28 apreldə olacaq.

Qeyd edək ki, İbad Hüseynov Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıqlarla məşhurdur. Onun 12 iyun 1993-cü ildə Xocavənddə məşhur erməni terrorçu Monte Melkonyanı məhv etdiyi barədə məlumatlar var.