PRESS NEWS AZERBAIJAN

Saxta pulla alış-veriş

27.04.2015

 

20 manatlıqlarla alver edən şəxs saxlanılıb.

 

Paytaxtda saxta əskinas dövriyyəyə buraxmaq istəyənlər yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi ərazisində törədilib.

 

 

 

 

 

 

Naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əskinas verib.

 

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini, 1995-ci il təvəllüdlü Coşqun Ələkbər oğlu Cəfərli olması müəyyən edilib və həmin şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.