top of page

Ermənilərin yalanlarını ifşa edən yeni layihə - VİDEO


Heç bir sübut və dəlili olmayan qondarma “erməni soyqırımı” 100 illiyini qeyd edən ermənilərin yalanlarını ifşa edən yeni layihə hazırlanıb.

PressNews.Az xəbər verir ki, erməni yalanını ifşa edəcək Erməni Belgeleriyle 1915 belgesseli adlanan sənədli film artıq Londonda nümayiş etdirilib.

Bu böyük yalanı ifşa edəcək layihədə arxivlərindən əldə edilən sənədlər istifadə ediləcək.

ERMENİ BELGELERİYLE 1915 BELGESELİ, sənədli filmi ingilis, fransız, alman, ispan, ərəb, rus, erməni və türk dillərində hazırlanır.

Həqiqəti üzə çıxaracaq bu sənədli filmin nüfuzlu dövlətlərin London, Paris, Vaşinqton kimi paytaxtlarında tarixçi alimlərin və akademiklərin iştirakı ilə nümayişi ehtimal edilir.

Filmin uğurla başa çatmasına dəstək ölkəiçi və ölkə sərhədlərindən kənarlarda yalanların kökdən məhv edilməsinə, çox mühüm bir sənədin gələcək nəsillər üçün saxlanılmasına səbəb olacaq.

Osmanlı arxivləri tədqiqatçılar üçün açıqdır.

Fransız və ingilis arxivləri vacib hesab edilir.

Yalnız erməni arxivləri qapalıdır!

Amerikalı Professor Dr. Heath W. Lowry və Prof. Dr. Justin McCarthy 1985-ci ildə Xarici İşlər Nazirliyinə müraciət edərək, Şərqi Anadoluda erməni hadisələrini araşdırmaq və həyatda olan şahidlərlə müsahibə hazırlamaq istədiklərini bildiriblər. Məqsəd, ABŞ başda olmaqla Qərb dünyasına Türkiyənin haqlı olduğunu nümayiş etdirməkdir.

Çəkiliş qrupu 1987-ci ildə dövlətin rəsmi qurumlarından aldıqları siyahı ilə işə başlayırlar. Siyahıda 30-a yaxın ad var. İlk dayanacaq Vandır... Sonra isə Bitlis, Hakkari, Muş, Qars var.

bottom of page