top of page

Qatilə ən ağır cəza - FOTO


qatil2.jpg

Goranboyda 7 nəfəri qətlə yetirmiş Rafiq Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Zabil Qasımovun sədrliyi ilə bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Goranboy rayon sakini Rafiq Hüseynov cavab verib. R.Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədildikdə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə ittiham olunub.

İttihama görə, hadisə ötən il oktyabrın 1-də Goranboy rayonunun Səfikürd kəndində törədilib. Ayaqqabı tikməklə məşğul olan Rafiq Hüseynov kənddə psixoloji baxımdan normal şəxs kimi tanınıb. Qətlə yetirdiyi həyat yoldaşı isə onun ikinci həyat yoldaşı olub.

O, 34 yaşlı Rafiq Hüseynovla iki aya yaxındır ki, ailə qurubmuş. Hadisədən bir gün əvvəl aralarında münaqişə baş verdiyindən o, atası evinə gəlib. Onun geri qayıtmasını tələb edən və rədd cavabı alan Rafiq Hüseynov isə gecə saat 4 radələrində həmyerlisi və qayınanası Diləzbər Məmmədovanın yaşadığı evə gəlib. Əvvəlcə otağa əl qumbarası atan Rafiq Hüseynov daha sonra içəri daxil olaraq, əlindəki qoşalülə ov tüfəngi ilə otaqdakıları qətlə yetirib. Belə ki, Rafiq Hüseynov ov tüfəngindən və əl qumbarasından istifadə edərək, arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib. Daha sonra isə könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

Aparılan məhkəmə istintaqı zamanı Rafiq Hüseynovun törətdiyi əməl sübuta yetirilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10 maddəsi ilə ittiham olunan Rafiq Hüseynova ömürlük cəza verilib.

Qeyd edək ki, hadisədən bir müddət sonra Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov özünü asaraq intihar edib. Bu mənzərəni görən atası Müzəffər Hüseynov isə infarkt keçirərək ölüb.

qatil1.jpg

qatil.jpg

qatil2.jpg

bottom of page