Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Maarifçi Gənclər Təşkilatı tərəfindən “Gənc jurnalistlər üçün peşəkar PR məktəbi ” layihəsi həyata keçirilir.
Layihənin reallaşdırılmasında başlıca məqsəd gənclərin qloballaşan dünyanın aktual mövzusu olan PR-ın (Publik Relations) incəliklərinə yiyələnməsini stimullaşdırmaq, onlara PR-ın növləri, ictimaiyyətlə əlaqələrin idarə edilməsində vacib olan amillər, böhran kommunikasiyası zamanı PR,
PR və əməkdaşlar, PR və hədəf qrupları ilə iş, Pablisiti haqqında ətraflı məlumat verilməsidir.
Layihə çərçivəsində Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya şöbəsinin Mətbuat Katibi Namiq Əliyevin müəllif olduğu " Nəyi?, Necə?, Nə vaxt? - İctimaiyyətlə əlaqələrin idarə edilməsi" adlı gənc jurnalistlər üçün masaüsütü kitab da hazırlanmışdır.
Təlimlər zamanı təlim iştirakçılarına məqalə, press-reliz, reklam-informasiya materiallarının, müəssisələrin rəsmi internet səhifələrinin hazırlanması və idarə edilməsi, jurnalistlər üçün tədbirlərin (mətbuat konfranları, brifinqlər, dəyirmi masa, müsahibə s.) təşkili, korporativ nəşrlərin hazırlanması, sözçülər qrupunun yaradılması və s. mövzularında mühazirələr oxunacaq.
Bundan əlavə təlim iştirakçıları üçün real nümunələr əsasında simulyasiyalar da keçiriləcək.
Təlimlərin sonunda iştirakşılara sertifikat və "Nəyi? Necə? Nəvaxt? - İctimaiyyətlə əlaqələrin idarə edilməsi" kitabı təqdim ediləcək.
Təlimləri Park Bulvar AVM-in PR meneceri Günay Malikqızı və Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin Mətbuat katibi Namiq Əliyev aparırlar.
Bu gün Qafqaz Universitetində tələbələrlə görüş maraqlı abu havada keçdi.
Aprelin 30-u saat 19.00-da Park Bulvar AVM-in birinci mərtəbəsində baş tutacaq təqdimat mərasimində treninqlərin iştırakçılarına Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya şöbəsinin Mətbuat Katibi Namiq Əliyevin müəllif olduğu " Nəyi?, Necə?, Nə vaxt? - İctimaiyyətlə əlaqələrin idarə edilməsi" adlı gənc jurnalistlər üçün masaüsütü kitab təqdim olunacaq.
Layihənin bütün iştırakçıları sertifikat alacaq.