PRESS NEWS AZERBAIJAN

Ev əşyaları ilə yandı - VİDEO

28.04.2015

 

Yanğın hadisəsi rayonun Erdəbil kücəsində  baş verib. Sakinlər yanğının  ellektrik naqillərindən baş verdiyini bildiriblər.

 

PressNews.Az xəbər verirk ki, yanğın səhər saat 07 radələrində olduğundan ev sakinləri evdə yatmış vəziyyətdə olub.Hadisədən xəbər tutanda isə artıq evi alov bürüyüb.Sakinlər yalnız özlərini xilas edə biliblər. Evdə olan avadanlıq isə külə dönüb.

 

Ərzaidə evlər bitişik olduğundan qonşuluqda olan evlərdə təhlekə altında qalıb. Alovu görən qonşularda köməyə yetişib.

 

Hadisə zamanı dərhal quba yanğından mühafizə idarəsinə məlumat verilib əraziyə qrumun 2 aftomobili gələrək alov söndürülüb. Firudin cəfərova məxsus 70  kv.m 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahə, Həmin evə bitişik Səxavət Sefəlov məxsus 70  kv.m evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahə yanıb.Yanğın yanğın söndürülənlər tərəfindən söndürülərək alovun qarşısı alinib. Hazırda hadisənib baş vermə səbəbləri araşdırılır.

 

 Emin Kərimov - Quba 

 

  

Please reload

ƏN ÇOX OXUNANLAR