PRESS NEWS AZERBAIJAN

Rus qızı zorlamaq istəyən 17 yaşlı azərbaycanlıya cinayət işi qaldırılıb

28.04.2015

 

Hazırda gənc oğlan həbs edilib.

 

Rusiyanın Lipetsk şəhərində yerli sakini zorlamağa cəhd etmiş 17 yaşlı azərbaycanlıya qarşı cinayət işi qaldırılıb.

 

PressNews.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, istintaq orqanları müəyyən ediblər ki, aprelin 23-də gecə Xoroşavina küçəsində yerləşən evlərdən biri yaxınlığında yetkinlik yaşına çatmamış şübhəli şəxs 21 yaşlı qıza hücum edərək onu döyüb və cinsi xarakterli hərəkətlər etməyə cəhd göstərib.

 

Qızın səsini yaxınlıqdan keçən taksi sürücüsü eşidib və hadisə yerinə polis çağırıb.

 

Həmyerlimiz saxlanılıb və onun hərəkətləri zorakılığa cəhd kimi qiymətləndirilib. Yoxlamalar zamanı müəyyən edilib ki, yeniyetmə Rusiya ərazisində qanunsuz yaşayır.

 

O, əvvəllər də qeydiyyat uçotunu pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

 

Hazırda gənc oğlan həbsə salınıb.

Please reload

ƏN ÇOX OXUNANLAR