APA TV-nin məlumatına görə, Serj Sarkisyan “Pozner” verilişinə müsahibəsində Rusiyanın Azərbaycana silah satmasına münasibət bildirərkən qeyd edib ki, bu məsələ erməniləri narahat edir.
Məsələni Rusiya prezidenti Vladimir Putinlə dəfələrlə müzakirə etdiyini deyən Serj Sarkisyan Rusiya silahının Azərbaycana satılmasının ermənilər üçün psixoloji xarakter daşıdığını açıqlayıb: “Erməni əsgərləri və zabitləri düşünürlər ki, onlara Rusiyanın satdığı silahdan atəş açırlar. Bu bir qədər çətin məsələdir. Mən əminəm ki, Rusiya Baş Qərargahı və Rusiya rəhbərliyi çox yaxşı bilir ki, qüvvələrin balansının pozulması nəyə gətirib çıxara bilər. Ümid edirəm ki, düzgün hesablamalar aparılır və qərar verən rəhbərlik hər şeyi axıradək hesablayıb”.