top of page

Quzu ətindən də baha quzuqarnı göbələyi - VİDEO


gobelek.jpg

Bu göbələyin bitdiyi ərazilərdən biri də Şimal bölgəsidir.

BU göbəək Xaçmaz-Şabran magtistralının kənarında yetişir.Xaçmaz və Şabran bazarlarında da bu göbələklərə rast gəlmək mümkündür. Kiloqramı 10-15 manat olan quzuqarnı göbələyini Şabranda yol kənarında da səyyar şəkildə satırlar. Vedrəsi 10 manata satılır. Onu əsasən meşəlik ərazilərdə mart ayının 18-20-dən aprelin ortalarınadək tapmaq mümkündür. Yığılması da xeyli çətindir. Yarpaq rəngində olur. Bir qab yığmaq üçün gərək səhərdən axşama kimi meşədə gəzəsən.

Gün ərzində 4-5 kiloqram göbələk toplamaq olur. Alıcısı da az deyil. Quzuqarnını istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Bitkinin konservləşdirilmiş halda satışına da rast gəlinmir.

Bu göbələk növü digərlərindən dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənir.

Xalq təbabətində qan xəstəliklərinin müalicəsi üçün istifadə olunur. Gözlər üçün də faydalı hesab edilir.

Emin Kərimov Şabran

bottom of page