Çilidə püskürən Kalbuko vulkanının yaydığı qalın kül təbəqəsi yaxınlıqda yerləşən Puerto-Varas və Puerto-Mont şəhərlərini örtüb.
Hazırda vulkan nisbətən səngiyib, lakin daha bir neçə dəfə kül püskürməsi gözlənilir.
Daha çox təhlükəni yaxınlıqda gözlənilən yağıntılar təşkil edir, belə ki, küllə birlikdə yağıntı sel axınlarına gətirib çıxara bilər.
Vulkan rayonunda fövqəladə vəziyyət elan edilib. 6000-dən çox insan evini tərk etməyə məcbur olub.