PRESS NEWS AZERBAIJAN

“Russia Today”in jurnalistini canlı yayımda qarət etdilər – VİDEO

29.04.2015

 

ABŞ-da Rusiyanın ingilis dilində yayımlanan kanalının jurnalisti ilə məzəli hadisə baş verib.

 

PressNews.Az xəbər verir ki, canlı yayımda gedən ağdərililər tərəfindən Baltimorda əzab verilən afroamerikalıların etirazına dair reportaj zamanı Rusiya KİV-nin əməkdaşı qarət edilib... Elə həmin afroamerikalılar tərəfindən.

 

Hər şey sakit və hətta şən şəkildə başlayıb. Jurnalist Amerika Baltimorunda etiraz edən Getto sakinlərini çəkirdi.

 

Bu zaman etiraz edən afroamerikalılardan biri jurnalistin çantasını alır və qaçmağa başlayır.

Elə həmin an efirdə qadın səsi ilə söylənilən, əsl rus kəlməsi “Suka!” səslənir. Sonra isə “Russia Today”in müxbiri qarətçinin ardınca qaçır, amma artıq ingiliscə “Give me bag!” (Çantamı qaytar!) deyir.

 

Rusiyalı jurnalistin bəxtindən qarətçinin yolunda amerikalı polislər olur, onlar qarətçini saxlayırlar. Efirdə onların afroamerikalıdan qadının çantasının harda olduğunu soruşduqları eşidilir.

 

Xatırladaq ki, afroamerikalının ağdərili polislər tərəfindən saxlanıldıqdan sonra xəstəxanada vəfat etməsi səbəbi ilə Amerika şəhəri Baltimorda artıq bir neçə gündür ki, asayiş pozuntusu davam edir.

 

Şəhərə ABŞ Milli Qvardiya qoşunları yeridilib.

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR