PRESS NEWS AZERBAIJAN

Makedoniyanın prezidenti Azərbaycan Xalça Muzeyində

29.04.2015

 

Ölkəmizdə səfərdə olan Makedoniyanın prezidenti George İvanov Azərbaycan Xalça Muzeyində qonaq olub.

Prezident George İvanov xalça muzeyinə ekskursiyası çərçivəsində Azərbaycan xalçasının burda sərgilənən qədim nümunələri və digər eksponatlarla tanış olub.    

Xalça muzeyini ziyarətindən məmnun qalan prezident George İvanova muzeydə olmasını təsdiqləyən və üzərində Qarabağ məktəbinə aid  Çələbi xalçası əks olunan sertifikat təqdim olunub. 

 

 Qeyd edək ki, George İvanov III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdədir. Bu forumda  nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edib, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparıblar.

 

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR