PRESS NEWS AZERBAIJAN

Qarabağ problemi həll olur

29.04.2015

 

Avropa Şurası Nazirlər Kabinetinin sədri, Belçika Krallığının baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didiye Reynders regional səfəri çərçivəsində Azərbaycanda rəsmi səfərdədir.

XİN-dən PressNews.Az-a bildirilib ki, xarici işlər naziri Elmar Məmmədyarov və Didiye Reynders ötən gün birgə mətbuat konfransı keçiriblər.

Azərbaycanın XİN rəhbəri deyib ki, biz bir sıra məsələlər, həmçinin regional məsələlərə toxunmuşuq. Həmkarımı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişə ilə bağlı Azərbaycanın mövqeyi və münaqişənin həllinə dair danışıqların son statusu barədə tam şəkildə məlumatlandırmışam. 

O bildirib ki, aprelin 30-da və mayın 1-də həmsədrlərlə görüşmək məqsədilə Parisə səfər etməyi planlaşdırıram. Biz inanırıq ki, münaqişə ilə bağlı irəliləyişə nail olunmasının zamanı çatıb.

Nazir jurnalistlərin "bu həftə həmsədrlərlə görüşünüz, həmsədrlərin regiona səfəri və prezidentlərlə görüşü barədə məlumat verərsinizmi" sualına cavabında deyib: "Biz gərək fikirləşək, ilk növbədə, münaqişənin gedişatında necə irəliləyişə nail olaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın prezidenti də deyib, amerikalılar da çox güman ki, onlarla eyni fikirdədirlər. Belçika xarici işlər naziri də onu qeyd edib ki, bu məsələnin həlli zamanı artıq yetişib. Bunun üçün birmənalı olaraq, Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır və bu da öz növbəsində sonrakı addımların yerinə yetirilməsinə imkanlar açacaq."

Please reload

ƏN ÇOX OXUNANLAR