top of page

Azərbaycanlı baykerlər Avropa Oyunlarının təbliğatına başladılar – FOTO - VİDEO


bayker3.jpg

Azərbaycanlı baykerlər Bakı 2015 Avropa Oyunlarını təbliğ etmək məqsədi ilə moto yürüşə başlayıblar. PressNews.Az xəbər verir ki, azərbaycanlı baykerlər komandası “Land of Fire” ümumilikdə 12 ölkənin ərazisində, 12 000 kilometr yürüş edəcəklər. Komandamızın əsas məqsədi səfər zamanı, Avropa Oyunları ilə bağlı təbliğat aparmaq və 7-10 may tarixində Grimo şəhərinin San-Trope buxtasında Avropa Motofestivalında ölkəmizi təmsil etməkdir. Baykerlərimiz iki qrupdan ibarət olacaq. Birinci qrup Gürcüstandan keçərək Ukraynaya daxil olub, Macarıstan, Slovakiya ölkələrindən keçərək İtaliyada ikinci qrupun üzvləri ilə görüşəcək. İkinci qrup isə Gürcüstandan Türkiyəyə daxil olub, Bolqarıstan, Serbiya, Sloveniyadan keçdikdən sonra birinci qrup ilə birləşib Fransaya daxil olacaqlar.

bayker.jpg

bayker1.jpg

bottom of page