top of page

Bakı-Quba yolunda "Mercedes" yük maşını ilə toqquşdu: 1 ölü - VİDEO


baki quba.jpg

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Quba yolunun 30-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

bottom of page