PRESS NEWS AZERBAIJAN

"​Bank of Baku"ya yeni sədr təyin olundu

30.04.2015

 

"Bank of Baku" ASC-nin Müşahidə Şurasının iclasında Bankın İdarə Heyətinin yeni sədri vəzifəsinə Abbas İbrahimovun təyin edilməsi qərara alınıb. Bu barədə PressNews.Az-a Bankın baş ofisindən məlumat verilib.

 

"A.İbrahimov mayın 1-dən etibarən yeni səlahiyyətlərinin icrasına başlayacaq. "Bank of Baku"nun fəaliyyətində əvəzsiz əməyi olan eks-sədr Fərid Hüseynov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər maliyyə qurumda davam edəcək", - deyə Bankdan bildirilib.

 

Qeyd edək ki, A.İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində iş iqtisadiyyatı ixtisası üzrə bakalavr dərəcəsini, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində biznes inzibatçılığı üzrə magistr dərəcəsi alıb. Bankdakı iş fəaliyyətinə 2005-ci ildə başlayan A.İbrahimov, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlib.

 

2010-cu ildə isə "Bank of Baku"nun İdarə Heyəti sədrinin müavini, pərakəndə sahə üzrə İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Please reload

ƏN ÇOX OXUNANLAR