PRESS NEWS AZERBAIJAN

4 aylıq körpə ölkəni kövrəltdi - FOTOLAR

30.04.2015

 

Nepalda dəhşətli zəlzələnin qurbanlarının dəfni davam edir. Bununla yanaşı, Rixter şkalası ilə 7,9 bal gücündəki yeraltı təkanlar nəticəsində darmadağın olmuş bina və tikililərin xarabazarlıqları altında qalmış insanların axtarışları da səngimir. 
 

PressNews.Az AsiaOne-a istinadən bildirir ki, Nepalın paytaxtı Katmandunun Bhaktapur səmtində viran qalmış binalardan birinin qalıqları altından 4 aylıq körpə çıxarılıb.
 

Sonit Avval adlı bu uşağın sağ qalmasını həkimlər belə, möcüzə adlandırırlar.

27 yaşlı Rişi Khanal da xarabalıqlar altında 82 saat qalandan sonra xilas edilib.
 

Rişi bina dağılandan sonra sürəkli olaraq daşları döyəcləyirdi. Fransadan gəlmiş xilasedicilər komandası bu səsi eşidib gənci daşların altından çıxarıblar.
 

4 aylıq Sonit Avval Nepalda "balaca milli qəhrəman"a çevrilib.

Həkimlər onun durumunun stabil olduğunu söyləyirlər.

 

 

 

 

 

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR