PRESS NEWS AZERBAIJAN

ABU tələbələrinin bir problemi həll olundu

30.04.2015

 

 

“Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində təhsili yarımçıq qalan tələbələrin attestatlarının qaytarılmasına gələn həftə başlanacaq”

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin sektor müdiriCəsarət Valehov deyib. C.Valehov bildirib ki, ilkin mərhələdə 5000 nəfərin attestatı qaytarılacaq: 

“Bu və ya digər səbəbdən attestatlarını ala bilməyən şəxslər nazirliyin 146 “Qaynar xətti”-nə müraciət edib qeydiyyatdan keçməlidirlər. Sonra şəxsiyyət vəsiqələrini həftənin 2-ci və 3-cü günü nazirliyin Vətəndaşların qəbul mərkəzinə təqdim edərək öz attestatlarını ala bilərlər. Burada söhbət diplomdan yox, attestatdan gedir. Bu proses mərhələli şəkildə davam etdiriləcək”. 

Please reload

ƏN ÇOX OXUNANLAR

<