top of page

Bakıda mənzillərə qənim kəsilən qızla oğlan tutulub


ogru.jpg

Bakıda çoxsaylı oğurluq əməlləri törətmiş 2 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 21-də Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Şamin Dostməmmədovun N.Əliyev küçəsində yerləşən evindən, pəncərəni açmaqla 3000 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Asəf Xasay oğlu Feyzullayev tutulub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, o, aprelin 22-də Saleh Hüseynovun Albalılıq yaşayış sahəsində yerləşən bağ evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 1 ədəd köynək, aprelin 20-də həmin yaşayış sahəsində yaşayan Cavid Gəncəlinin evindən, pəncərənin barmaqlıqlarını sındırılaraq notebook və monitor, martın 13-də Rafael Cəfərovun evindən, qapını sındırmaqla 950 manat və 8000 manat dəyərində qızıl zinət əşyaları, yanvarın 16-da Vüsal Möhüd oğlu Hacıyevə məxsus yarımtikilidən inşaat materialları oğurlayıb. Bundan başqa, aprelin 11-də Binə qəsəbəsi Atçılıq yaşayış sahəsində yaşayan İlqar Əli oğlu İbrahimovun evindən plastik qapını açmaqla 1000 manat və qızıl zinət əşyaları, aprelin 17-də Yunis Əliyevin evindən pəncərəni açmaqla qızıl-zinət əşyaları, aprelin 4-də Ramil Kərəm oğlu Məmmədovun evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 1800 manat və qızıl zinət əşyaları, yanvarın 18-də Etibar Zəkiyevin evindən pəncərənin dəmir barmaqlığını sındırmaqla 1850 manat və qızıl zinət əşyaları, martın 29-da Telli Ərəbovanın evindən pəncərəni sındırmaqla 100 manat və qızıl zinət əşyaları, martın 25-də Kəmalə Seyidovanın evindən pəncərədən keçməklə 1000 manat və qızıl zinət əşyaları, aprelin 12-də Elman Qasımovun evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 2500 manat və qızıl-zinət əşyaları gizli yolla talayıb.

Müəyyən edilib ki, Asəf Feyzullayev aprelin 10-14 tarixlərində Bakı şəhər sakini Sahilə Kəngərlinin Buzovna qəsəbəsində yerləşən bağ evindən, pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 1500 ABŞ dollar və 500 manat, martın 18-də Fəxriyyə Əliyevanın bağ evindən plastik pəncərəni sındırmaqla süfrə, aprelin 26-da Bəxtiyar Sultanovun evindən pəncərənin dəmir barmaqlığını sındırmaqla 4 manat aparıb.

Bundan başqa DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Bakı şəhər BPİ CAİ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 24-də Yasamal rayonu K.Kazımzadə küçəsində Allahyar Həsənovun evindən pəncərədən keçməklə 450 manat pul oğurlamaqda şübhəli bilinən, barəsində Binəqədi RPİ-nin İŞ-də CM-nin 177-ci maddəsi ilə istintaq aparılan Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Leyla Namiq qızı Abdullayeva tutulub. Şübhəli şəxsin ətrafında keçirilən araşdırmalarla müəyyən olunub ki, ötən ilin sentyabrın 17-də Xəzər rayonu Şağan qəsəbəsi H.İsgəndərov küçəsində Fuad Dadaşova, noyabrın 18-də Şüvalan qəsəbəsi Sabir küçəsində Zülfüqar Babayevə, cari ilin fevralın 23-də Binə qəsəbəsi Bünyatzadə küçəsində Rafael Talıbova məxsus evlərdən qızlı-zinət əşyaları və 3000 manat nağd pulu açıq qapıdan, yaxud pəncərədən keçməklə gizli yolla talayaraq oğurluq, martın 2-də Binə qəsəbəsi Donuzçuluq sovxozunda yaşayan Rasib Ələkbərovun evində onun etibarından sui-istifadə edərək 3500 manat dəyərində qızıl-zinət əşyalarıni isə dələduzluq yolu ilə ələ keçirib.

bottom of page