top of page

Elnur Hüseynov yenidən "Beyaz Show"da - VİDEO


elnur huseynov.jpg

Azərbaycanı "Eurovision-2015"də təmsil edəcək Elnur Hüseynov Türkiyənin məşhur "Beyaz Show" proqramında qonaq olub. PressNews.Az-ın məlumatına görə, aparıcı Bəyazit Öztürk onu: ""Eurovision"da həm Azərbaycanı, həm də Türkiyəni təmsil edəcək", - deyə təqdim edib. Elnur yarışmada oxuyacağı "Hour of the Wolf" mahnısı və promo-turları haqda danışıb.

Azərbaycan musiqisini sevdiyini deyən Bəyaz həmyerlimizə: "Əgər bu səsə qiymət versələr, sən birinci olarsan", - söyləyib. O, eyni zamanda bütün Avropada yaşayan türklərə çağırış edərək Elnura səs vermələrini istəyib. E.Hüseynovun ifasından sonra proqramın digər qonaqları onu tərifləyərək: "Yarışda sənin kimi digər səs olduğuna inanmırıq", - deyiblər.

bottom of page