top of page

Xoşqədəm və Doğuşun toyundan maraqlı kadrlar üzə çıxdı - VİDEO


nuray xoshqedem.jpg

Azərbaycanın tanınmış teleaparıcısı Xoşqədəm Baxşəliyeva ilə məşhur türk sənətçisi Doğuşun 4 ay əvvəl baş tutan toyundan maraqlı kadrlar üzə çıxıb.

ANS PRESS-in məlumatına görə, videoda skripka ifa edərək oxuyan və rəqs edən balaca qızın performansı bəy və gəlini şoka salıb.

4 yaşında olan balaca bir qız əvvəlcə stulun üstünə çıxıb Xoşqədəmlə Doğuşu təbrik edir.

"Xoşbəxt olun, o gün olsun mənim üçün olsun" - dedikdə hər kəs gülür. Daha sonra isə yerə tullanaraq şou göstərməyə başlayır. Bu balaca qızın adının Nuray olduğu bildirilir.

bottom of page