top of page

Xaçmazda üzgüçülük üzrə beynəlxalq yarışa start verilib - FOTO - VİDEO

uzguculuk.JPG

Xaçmazda üzgüçülük üzrə beynəlxalq yarışa start verilib.

Xaçmaz Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunan 5 ölkədən 80-dən çox idmançının qatıldığı üzgüçülük üzrə beynəlxalq turnirə start verilib.

Yarışın açılış mərasimində Azərbaycan Gənclər və İdman nazirliyinin sektor müdiri Nicat Həsənov, Azərbaycan üzgüçülük federasiyasının baş katibi Fərid Bənəniyarlı çıxış edərək Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi yarışın əhəmiyyətindən danışıblar. Bildirilib ki, son illər Azərbaycanda bir sıra mötəbər idman yarışları keçirilib. İyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında milli olimpiya komitələrini təmsil edən 6000-dən çox avropalı idmançı qüvvəsini sınayacaq. Məlumat verilib ki, yarışda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Gürcüstan və Qırğızıstandan idmançılar iştirak edir.

Açılış mərasimindən sonra idmançılar mübarizəyə başlayıb. Turnirdə 1997-1998-ci il təvəllüdlü və daha kiçik yaş qrupları üzrə idmançılar yarışır. Azərbaycan komandası birinciliyə 38 idmançı ilə qatılıb. Gürcüstan 20, Qazaxıstan 10, Qırğızıstan 10, Rusiya komandası isə 4 üzgüçü ilə medallar uğrunda mübarizə aparır.

Beynəlxalq turnirə mayın 6-da yekun vurulacaq.

uzguculuk-uzre yaris.jpg

uzguculuk1.jpg

uzguculuk2.jpg

uzguculuk-uzre yaris1.jpg

Emin Kərimov. Xaçmaz

bottom of page