PRESS NEWS AZERBAIJAN

Aviqdor Liberman vəzifəsindən istefa verib

05.05.2015

 

"Yisrael Beitenu" partiyasının sədri olan XİN rəhbəri baş nazir Benyamin Netanyahunun yeni kabinetinə qoşulmayacağını da bəyan edib.

 

Dünən jurnalistlər qarşısında mətbuat konfransı keçirən siyasətçinin Netanyahunun yeni kabineti formalaşdırması üçün son iki gününün qaldığı ərəfədə istefasını elan etməsi diqqət çəkib.

 

Məlumata görə, Liberman yeni kabinetin təşkili üçün nəzərdə tutulan son tarixədək - son 2 sutka ərzində bu vəzifəni icra edəcək. Ondan sonra isə yeni XİN rəhbəri təyin edilincəyə qədər bu səlahiyyətləri baş nazir Benyamin Netanyahu icra edəcək.

 

Qeyd edək ki, Aviqdor Liberman siyasi prinsiplərdəki fikir ayrılıqlarına görə Netanyahu ilə yollarını ayırdığını bəyan edib.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload