PRESS NEWS AZERBAIJAN

Nazir: "Neftin qiyməti Allahın əlindədir" -FOTO

05.05.2015

 

 

Mən indi sizə dəqiq qiymət deyə bilmərəm!

 

 

Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naimi neftin qiymətindən danışıb. 

ANS PRESS-in məlumatına görə, ərəb nazir neft qiymətlərinin taleyi haqqında maraqlı açıqlama verib. O bildirib ki, heç kimi neft qiymətlərini təyin edə bilməz:

"Mən indi sizə dəqiq qiymət deyə bilmərəm! Neft qiymətlərinin taleyi Allahın əlindədir. Sanksiyaların ləğvindən sonra İranın bazara daxil olması bizi narahat etmir. İranın bazara daxil olması qiymətləri daha da aşağı salacaq", - deyə neft və minerallar naziri Əli Əl Naimi söyləyib.

Səudiyyə Ərəbistanı Krallığının rəsmisi İranın neft istehsalını artırmaq istəyinin onu narahat etmədiyini bildirib.