Türkiyənin tanınmış aktyoru Halit Ergenc Gəncə hava limanında səs-küy salıb. PressNews.Az-ın məlumatına görə, "Əli və Nino" filminin çəkilişləri üçün Azərbaycana gələn aktyor Gəncə hava limanında olarkən sənədləşmə işləri uzanıb. Növbədə gözləməkən yorulan Ergenc narazılığını çığıraraq bildirib. Narazı müştərini sakitləşdirmək üçün gələn Gəncə hava limanı işçiləri onu tanıyan zaman üzr istəyiblər. Daha sonra dərhal vizasını verərək yola salıblar. Qeyd edək ki, "Sultan Süleyman" obrazı ilə tamaşaçıların ürəyində taxt qurmuş Halit Ergenç "Əli və Nino" filmində Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyskini canlandıracaq.