PRESS NEWS AZERBAIJAN

Paytaxtda reydlər başladı

06.05.2015

 

Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Səhiyyə Nazirliyinin Dövlət Sanitariya Nəzarəti Xidməti əməkdaşları gücləndirilmiş iş rejimində işləyirlər.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayevin verdiyi məlumata görə, hər gün Avropa Oyunları keçiriləcək ərazilərdə təşkil olunan qida məhsulları satılan obyektlərdə, iaşə müəssisələrində yoxlamalar aparırlar.

“Həmin ərazilərdə çalışan işçilər, harada xidmətlərin göstərilməsilə bağlı razılıqlar əldə olunub. Bizim tərəfimizdən həmin nəzarəti yerinə yetirmək üçün 14 nəfər nəzarətçi ayrılıb. Həmin nəzarətçilər oyun ərəfəsində, həmçinin yarışlar başlandığı gündən bitdiyi vaxta qədər nəzarət aparacaqlar”, - deyə İmran Abudllayev bildirib

Onun sözlərinə görə, bununla bağlı dünən də iclas keçirilib. İclasda lazımı təkliflər və göstərişlər verilib.(anspress)

Please reload

ƏN ÇOX OXUNANLAR