PRESS NEWS AZERBAIJAN

Sənətçi qətlə yetirildi - FOTO

06.05.2015

 

Tanınmış musiqiçisi Dəyər Dəniz evində ölü tapılıb.
 
PressNews.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi əlləri bağlanıb boğularaq qətlə yetirilib. Dəyərin qardaşı Orxan iki gündür bacısından xəbər ala bilmədiyindən dünən onun evinə yollanıb.

 

Qapını açan olmadığını görən O.Dəniz çilingir çağırıb. İçəridə bacısının cəsədi ilə qarşılaşan Orxan dərhal polis çağırıb.

 

İlkin ekspertizadan sonra məlum olub ki, D.Dənizin əlləri telefon şunuru ilə bağlanıb, özü isə kəmərlə boğularaq qətlə yetirilib. Musiqiçinin cəsədi tibbi ekspertizadan keçirildikdən sonra qətlin təfərrüatları bəlli olacaq. 

Qeyd edək ki, Dəyər 2012-ci ildə “Gözlə” adlı albom çıxarıb. O, “Bez bebek” serialının musiqisinin müəllifidir. Son zamanlar isə otellərin birində çalışırmış.

 

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR