PRESS NEWS AZERBAIJAN

I Avropa Oyunları ilə bağlı təşkil edilən turizm marşrutları şimal bölgəsindən keçəcək - VİDEO

07.05.2015

 

 

Ölkədə keçiriləcək Avropa oyunları ilə bağlı təşkil edilən turizm marşrutlarından biri şimal bölgəsindən keçəcək.

 

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, bölgənin qədim tarixi ənənələrə malik olması nəzərə alınaraq turistlərin bura səfərləri planlaşdırılıb.

 

Bölgədəki turizm mərkəzlərində də hazırlıqlar yekunlaşmaq üzrədir. Turizm obyeklərindən verilən məlumata görə, turistlərin mənalı istirahəti və qidalanmağı üçün hər cür şərait yaradılıb. 

 

Xarici qonaqlara daha çox milli yeməklər təklif olunacaq.

Turizm marşurutunun şimal bölgəsindən keçməsi yerli sakinləri də sevindirir. Onlar hesab edirlər ki, bununla yaşadıqları rayon daha çox tanınacaq.

 

Bildirək ki, may ayının ikinci yarısından etibarən şimal bölgəsinə kütləvi turist axınının olacağı gözlənilir.

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR