PRESS NEWS AZERBAIJAN

Neftimiz rekord vurur

07.05.2015

 

Azərbaycan neftinin qiyməti dünya bazarında bahalaşaraq 69 dollara yaxınlaşır.

PressNews.Az xəbər verir ki, London əmtəə birjasında ötən gün keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 68,95 dollara satılıb.

Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bildirib ki, bu, mayın 5-də qeydə alınmış qiymətdən 0,51 dollar çoxdur. 

Ekspertlərin fikrincə, bu, Azərbaycan üçün çox yaxşı haldır. Çünki "qara qızıl"ın qiymətinin tədricən artması ölkə iqtisadiyyatının dirçəlişi üçün əsas stimuldur. 

Xatırladaq ki, Azərbaycanın dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Please reload

ƏN ÇOX OXUNANLAR