Nəqliyyat nazirinin müavini Musa Pənahov maraqlı açıqlama ilə çıxış edib.
PressNews.Az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, nazir deyib ki, Bakıda ilk Avropa Oyunlarının açılışına gedən insanlar üçün metro pulsuz olacaq.
O, bu barədə “Bakı-2015 Avropa Oyunları”nın Əməliyyat Komitəsinin iclasında danışıb.
Nazirin sözlərinə görə, Avropa Oyunlarının açılışı zamanı bileti və akkreditasiyası olanlar üçün metrodan pulsuz istifadə edə biləcəklər. Avropa Oyunlarının açılışı iyunun 12-də keçiriləcək