top of page

Xaçmaz rayonunu sel basıb - FOTO - VİDEO


1.jpg

PressNews.Az xəbər verir ki, Xaçmaz rayonunu sel basıb.

Xaçmazın çaykənarı kəndlər belə seli görüb dəhşətə gəliblər.

Sel birdən birə çay yatağını 5-10 metr sel suları aşağı saldı. Kənd qəbiristanlığı çay kənarında olduğu üçün 2-3 metr məsafə qaldə ki, onlarıda yusun. Sel hətda piyada körpüsünü də yuyub aparıb.

Xaçmaz rayonunu sel basıb. kənd sakinlərindən verilən xəbərə görə, mənbəyini Böyük Qafqaz sıra dağlarından götürən Ağçayda baş verən sel çayın üzərində tikilən bəndi və piyada körpüsünü yuyub aparıb. Rayonun seldən ən çox ziyan görən Ağyazıbuduq kəndi olub. Belə ki, kəndlə əlaqə tamamilə kəsilib. Hazırtda selin kənd qəbristanlığına tərəf irəlilədiyini bildirilir

Xaçmaz rayonunun Alıcıqıslaq, Qaraçaycek, Qaracikzeyid, Asağızeyid ve Qedmalıqıslaq kəndləri ilə gediş-gəliş çətinləşib.

Məlumata görə, Quba rayonunun bəzi kəndlərindəki torpaq sahələri də daşqından ciddi ziyan görüb. Ağyazıbuduq kənd sakinləri çayın problem yaratmasını dağda çox qarın yağması ilə əlaqələndirirlər. Sel çayın səmtini dəyişib. Çayda sel və daşqına səbəb olan da məhz bu amildir. Sakinlərin sözlərinə görə, 200 ha torpaq sahəsi Ağçay üzərindəki bənddən sulanırdı. Bu mövsüm həmin torpaq sahələrinin suvarılmasının mümkünlüyü də şübhə altındadır.

1.jpg

2.jpg

4.jpg

5.jpg

bottom of page