PressNews.Az-ın “Hürriyət”ə istinadən məlumatına görə, qaraciyər xəstəliyindən əziyyət çəkən aktyor bu gün səhər 22 apreldən müalicə aldığı xəstəxanada keçinib.
Bu barədə xəstəxanadan verilən məlumatda deyilib.
Saysız hesabsız bəddi filmdə rol alan aktyor son zamanlar daha çox seriallarda görünürdü. O, ən son "Küçük ağa", "Akasya durağı" kimi çox izlənən seriallarda çəkilmişdi. Qeyd edək ki, Zeki Şenol Alasya 18 Aprel 1943-ci ildə İstanbulda anadan olub. Əslən Şimali Kiprdən olan sənətçi incəsənət həyatına 1959-cu ildə MTTB (Milli Türk Tələbə Birliyi) teatrında həvəskar olaraq başlayıb. 1964-ci ildə Arena Teatrında professional aktyorluğa başlayıb. "Mister Nato", "Qarğalar Məktəbi", "Şampan və Viski" kimi oyunlarda rol alıb. 1973-cü ildən sonra filmlərə çəkilməyə başlayıb. Metin Akpınar ilə birlikdə türk kinosuna damğa vurub. Birlikdə 37 il çalışaraq bir çox filmdə rol alıblar. Zeki Alasya "Salak milyoner", "Kənddən gəldim şəhərə", "Hara baxır bu adamlar" və s. filmlərdə rol alıb.
Qeyd edək ki, Z.Alasya 72 yaşında həyatla vidalaşıb.