PRESS NEWS AZERBAIJAN

Nəqliyyat müfəttişləri sürücünü yerə yıxdılar, vətəndaşın telefonunu sındırdılar

12.05.2015

 

Pressnews.az  İnterAz-a istinadən xəbər verir ki,  Nəqliyyat Departamentinin işçiləri “20 yanvar” metrosu yaxınlığında 85BX774 nömrələri ford marşrutun qarşısını kəsib və sürücünü zorla aşağı düşürüblər.

 

Bu zaman sürücünün halı pisləşib və yerə yıxılıb.

 

Ətrafdakı vətəndaşlar buna öz narazılığını bildirib. Bu azmış kimi Nəqliyyat müfəttişləri görüntüləri lentə alan vətəndaşlara qarşı kobud rəftar edərək əllərindəki mobil telefonları alıb görüntüləri silməsini tələb ediblər. Vətəndaşlar bir neçə mobil telefonun sındırıldığını da bildirib.

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR