top of page

Ordumuz böyük təlimə başlayır


Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb. Təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcəkdir. Təlimlər mayın 16-dək davam edəcəkdir.

bottom of page