PRESS NEWS AZERBAIJAN

Tariflər ucuzlaşdı

13.05.2015

 

Aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,7 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hava nəqliyyatında MDB ölkələri və həmçinin, digər xarici ölkələr üzrə sərnişindaşıma tarifləri 1,3 faiz ucuzlaşmış, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,6 faiz bahalaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,2 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə sabit qalıb.

Aprel ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 5,5 və 0,1 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Please reload

ƏN ÇOX OXUNANLAR