Nə Rusiya, nə də ki Avropa İttifaqı Ukraynanı Rusiya və Aİ arasında seçim etməyə məcbur etməməlidir.
Bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
Qeyd edək ki, 13-14 may tarixlərində Antalyada NATO-ya üzv ölkələrinin XİN rəhbərlərinin görüşü keçiriləcək. "Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya barəsində siyasət" mövzusu müzakirəyə çıxarılacaq əsas məsələlərdən biri olacaq.
“Berlin səddinin uçurulmasına baxmayaraq, şüurlarda “sədd” hələ də qalmaqdadır. Nə Rusiya, nə də ki Avropa İttifaqı Ukraynanı aralarında seçim etməyə məcbur etməməlidir”, deyə Çavuşoğlu qeyd edərək, Rusiyanın Ukrayna, Krım və Gürcüstanla bağlı atdığı addımlarını qanunsuz adlandırıb.
Çavuşoğlu qeyd edib ki, Türkiyə Rusiya, Ukrayna və Qərb ölkələri ilə qurduğu yaxşı münasibətlərini müşahidə edilən siyasi böhranın həllində müsbət amil kimi istifadə etməyə çalışır. Nazir Rusiya və Ukrayna arasındakı münaqişənin yalnız siyasi yolu ilə həll edilməsinin vacibliyini qeyd edib.(apa)