PRESS NEWS AZERBAIJAN

Prezidentdən Xaləddin İsgəndərova ciddi tapşırıq

20.05.2015

 

Ötən gün Bakının Azadlıq prospektində baş verən faciəli yanğınla bağlı Binəqədi rayon İcra Hakimiyyətinə xüsusi göstəriş verilib.

 

Bu barədə Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib. 

 

O, bildirib ki, yanğında zərərçəkənlərlə bağlı Binəqədi rayonunda Qərargah yaradılıb: “Hazırda hadisədən zərərçəkənlərə yardım edilir.

 

Prezidentin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti bütün yas xərclərini ödəyəcək. Dövlət tərəfindən ayrılan 1000 manat vəsait hazırda zərərçəkənlərə verilir. Bundan əlavə Binəqədi rayon İcra Hakimiyyətinə tapşırılıb ki, evi yanan insanlar müvəqqəti evlə təmin edilsinlər”.

 

Yanğının hansı səbəbdən baş verməsinə gəlincə, Nuridə Allahyarova bildirib ki, hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. 

 

İcra rəsmisinin sözlərinə görə, son nəticələr istintaqın yekununda bilinəcək. 

 

Səhər saatlarında ölkə başçısı İlham Əliyevin hadisə yerinə gəldiyini deyən Nuridə Allahyarova qeyd edib ki, prezident bu barədə ciddi tapşırıqlarını verib. (AzVision.az)

Please reload

ƏN ÇOX OXUNANLAR