Ötən gün axşam saatlarında başlayaraq paytaxtın bir neçə rayonunda binaların fasadına vurulan tez alışan üzlüklərin sökülməsinə başlanılıb. Söküntü işinə çoxlu sayda texnika və canlı qüvvə cəlb edilib və iş gecə saatlarına qədər davam edib.
Ötən gün Binəqədi rayonunda Azadlıq prospektindəki binada baş verən yanğın binalara vurulan yanğına həssas üzlüklərin nə qədər təhlükəli olduğunu bir daha gösətərdi. Dünən axşam saatlarında başlıyaraq paytaxtın bir sıra rayonunda binanın üzərinə vurulan belə üzlüklərin söküntüsünə başlanılıb.
Söküntü işləri paytaxtın Xətai və Sabunçu rayonlarında daha geniş miqyaslı olub. Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki yol kənarı binaların üzlük hissəsinin sökülməsinə çoxlu sayda texnika və canlı qüvvə cəlb edilib.
Söküntü işi aparılarkən iş icraçıları ərazidə olsada onlar məlumat vermək istəmədilər.
Gecə saatlarında eyni prosəs Xətai rayonu Zığ prospektində yerləşən binalardada aparılıb. Yaxın günlərdə paytaxtın bütün rayonlarında binaların fasad hissəsinə vurulan tez alışan üzlüklərin sökülməsi gözlənilir.(xəzərxəbər)