PRESS NEWS AZERBAIJAN

"Qarabağdan yeni savaş xəbəri" - VİDEO

21.05.2015

 

“Il Giornale” qəzetinin müxbiri Fausto Biloslavo Ermənistan işğalının yaratdığı probemləri təsvir edib.

 

"Əgər öz torpağımıza sülh yolu ilə qayıda bilmiriksə, mən əlimdə silah döyüşə-döyüşə qayıtmağa hazıram". 

Bu barədə Ağdam rayonundan olan məcburi köçkün Oruc Cabbarov İtaliyanın “Il Giornale” qəzetinə verdiyi müsahibəsində bildirib. 

“Il Giornale” qəzetinin müxbiri Azərbaycana gələrək Ermənistan tərəfindən işğal edilmiş ərazilərdən Ağdamın Azərbaycanın nəzarətində qalmış kəndlərinə sığınmış məcburi köçkünlərlə görüşüb. 2010-cu ildə məcburi köçkünlər üçün salınmış “689” kəndində olmuş müxbiri Fausto Biloslavo Ermənistan işğalının yaratdığı probemləri təsvir edib. Onun sözlərinə görə, Ağdamın əhalisi rayonun işğal edilməmiş 30 faiz ərazisinə sığınıb və heç yerə getmək niyyətində deyil. 13 yaşında doğma evini tərk etməyə məcbur olmuş Məhəmməd Aslanov deyib: "Mən öz gəncliyimi itirmişəm. Mən istəmirəm ki, bu faciə mənim uşaqlarıma miras qalsın. Bir ay qabaq anam dünyasını dəyişdi. Mən onu istədiyi kimi, yəni atamın məzarının yanında dəfn edə bilmədim, çünki kəndimiz Ermənistan tərəfindən işğal edilib". 

“Il Giornale” qəzeti Birinci Dünya müharibəsində olduğu kimi, Ermənistan ordusu ilə məcburi köçkünləri təmas xəttinin istehkamlarının ayırdığını yazır. Müxbir təmas xəttində yaşayan azərbaycanlıların geri çəkilmək istəmədiyini bildirir. "Biz üç qardaşıq, amma torpağımızı qoyub getmək istəmirik", - deyə 28 yaşlı Emin Tanrıverdiyev gələcək həyat yoldaşını necə görmək istədiyini də bildirib: "Biz qızlara yalnız ön cəbhədə kəndli həyatı təklif edə bilərik",

Azərbaycan ordusunun çox mətin dayandığını vurğulayan qəzet Avropada münaqişəyə göstərilən laqeydlik buzunu sındırıb. İlk dəfə olaraq Avropa mətbuatında münaqişə tərəflərinə bərabərlişdirici deyil, obyektiv yanaşma nümayiş etdirilir.

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR