PRESS NEWS AZERBAIJAN

Yalama-Keşlə sərnişin qatarı yanıb - VİDEO

21.05.2015

 

Yalama-Keşlə sərnişin qatarı yanıb.

 

Yanğın Xızı rayonunun Stalçay qəsəbəsilə Yaşma qəsəbəsi ərazisindəki dəmiryolu ilə hərəkətdə olan Yalama – Keşlə sərnişin qatarında baş verib. Maşinistin sayığlığı nəticəsində qatardakı sərnişinlər  arasında xəsarət alan olmayıb, belə ki, o dərhal qatarı saxlayaraq insanların polislərlə birgə buradan təxliyə olunmasını təmin edib.

 

Xəsarət alanlar olmasada 3 vaqona ciddi ziyan dəyib. Bir anlıq alışan qatarı dərhal maşinist saxlayıb.

 

 Dəmir yolu yanğın bərpa qatarının vasitəsilə yanğın söndürülüb. Dəmir yollari qapali sehmdar cəmiyyetindən  mətbuat xidmətindən aldığımız məlumata  görə, Qatardakı sərnişinlər  digər avtomobil nəqliyyat vasitələri ilə Bakıya yola salınıb. Yanğın nəticəsində 3 vaqon zərər çəkib. Yanğının hansı səbəbdən baş verməsini  hadisə yerində araşdırma aparan Xızı prokurorluğu  müəyyən edəcək.

 

PressNews.Az eksklyuziv olaraq yanmış qatarın video görüntülərini sizə təqdim edir:

 

 

Emin Kərimov - Xızı

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR