“Son zəng” tədbirləri ilə bağlı Təhsil Nazirliyi açıqlama VERDİ

“Son zəng” tədbirləri ilə bağlı Təhsil Nazirliyi açıqlama VERDİ.
Bu il Azərbaycanın orta məktəblərində “Son zəng” tədbirləri də müvafiq olaraq mayın 29-u və 30-u ümumtəhsil məktəblərində təşkil ediləcək.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, “Son zəng” tədbiri bu il də ümumtəhsil məktəblərində Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq.
“Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkilinə bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.