Amerikalı teleulduz Kim Kardaşyanın ən yaxın rəfiqəsi və prodüseri Azərbaycanda səfərdə olub.
Bir həftə əvvəl ölkəmizə səfərə gələn 30 yaşlı Carla Dibello Qəbələdə istirahət edib və səfər fotolarını sosial şəbəkə hesabında yerləşdirib.
Kardaşyanın rəfiqəsi səfəri təşkil etdiyi üçün elə həmin günlərdə Qəbələdə dincələn ərəb şahzadəsi Bin Rogis Ghadirə təşəkkürünü bildirib. Qeyd edək ki, Carla Dibello məşhur televiziya və kino prodüseridir. Valideynləri italiyalı və amerikalı olan Dibello ilk karyerasına 21 yaşı olanda başlayıb. O, Al Paçino, Robert De Niro, Salma Hayek, John Travolta və Skarlet Johanssonun baş rollarda oynadığı 11 bədii filmin istehsalına yardım edib. 2009-cu ildən televiziyaya gələn Dibello Kardaşyan ailəsinin apardığı bir sıra teleşoulara prodüserlik edib. Hazırda da Kim Kardaşyanın ən yaxın rəfiqəsidir. (qafqazinfo)